Bakı. Trend:
Çanaqqalanın Ayvacık rayonu sahillərində 20 qeyri-qanuni miqrant tutulub.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı qrupları Ayvacık sahillərində üzən rezin qayıqda nizamsız immiqrantların olduğunu təsbit edib.
Bölgəyə “TCSG-8” sahil mühafizə gəmisi göndərilib.
Komandalar rezin qayıqda bir Fələstin vətəndaşı da daxil olmaqla 20 qeyri-qanuni miqrantı saxlayıb.
Gəmidən endirilən nizamsız miqrantlar Ayvacık Geri Dönüş Mərkəzinə təslim edilib.