Bakı. Trend:
“Hizbullah” şiə milislərinin pilotsuz uçuş aparatları Yuxarı Qalilenin sərhəd bölgələrində İsrail Müdafiə Qüvvələrinin mövqelərinə hücum edib.
Bu barədə Trend yerli mətbuat xidmətinə istinadən xəbər verir.
“İslam müqavimət döyüşçüləri Houla vadisində yerləşən Ayelet Ha-Şahar bölgəsindəki 91-ci "Ha-Galil" ərazi diviziyasının qərargahına və kazarmalarına hücumda İHA-lardan istifadə ediblər”, mətndə qeyd edilir. Nəticədə bütün yerüstü hədəflər dəqiq vurulub, düşmən sıralarında itkilər qeydə alınıb”.
Günorta saatlarında Hizbullahın pilotsuz təyyarələri Meişar bölgəsində İsrail xüsusi təyinatlılarının bazasına, həmçinin Manot və Misqav Am yaşayış məntəqələrindəki ordu düşərgələrinə hücum edib. Hadab Yarun, Ruveisat və El Merjdəki artilleriya batareyaları çoxsaylı raket sistemlərindən atəşə tutulub. Cəmi bir gündə İsrail ərazisinə qırxdan çox mərmi və raket atıldı.