Bakı. Trend:
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası Əl-Tanf bölgəsində bir sutka ərzində Suriyanın hava məkanını 12 dəfə pozub.
Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata görə, koalisiyanın Əl-Tanf bölgəsindəki fəaliyyətində Suriya Ərəb Respublikasının hava məkanından istifadə qaydalarının gündəlik 12 pozuntusu qeydə alınıb. Qaydalar üç dəfə F-15 qırıcıları, iki dəfə isə Rafale qırıcıları və A-10 hücum təyyarələri tərəfindən pozulub.
Bu cür hərəkətlər aviasiya insidentlərinə yol açmaqla, həmçinin Suriya hava məkanında gərginliyi daha da artırır.