Bakı. Trend:
Oleq Ozerov Rusiyanın Moldovadakı yeni səfiri təyin edilib.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam verib.
Qeyd edilir ki, Ozerov 2010-2017-ci illərdə Rusiyanı Səudiyyə Ərəbistanında təmsil edib, 2011-ci ildən isə Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi vəzifəsini tutub.
Rusiya Xarici işlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olan O. Ozerov həm də “Rusiya-Afrika” Tərəfdaşlıq Forumunun Katibliyinin rəhbəridir.