...

İranda avtobus aşıb: ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 17 Sentyabr 2024 10:19 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə yerli vaxtla 02:20 radələrində İranın Yəzd vilayətində sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, bunu ölkənin yerli KİV-lərinə İranın yol polisi rəisi Həsən Momeni deyib.

Onun sözlərinə görə, Buşehr vilayətindən Rəzəvi Xorasan vilayətinə gedən sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İranlı polis rəisi qeyd edib ki, avtobusun aşmasına səbəb onun əsas yoldan çıxaraq mədən yoluna keçməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti