Bakı. Trend:
Birləşmiş Ştatlar İsrailin Livan və Qəzza zolağında qurudan hücum əməliyyatlarına dəstək verməyəcək.
Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib.
O, bildirib: "Biz İsrailin şimal bölgələrində və Qəzza zolağında apardığı quru əməliyyatlarına qoşulmaq və dəstək vermək niyyətində deyilik."
Sinq əlavə edib ki, ABŞ Prezidenti Cozef Bayden əvvəlcə ordunun Qəzza zolağında quru əməliyyatlarda iştirak etməyəcəyini açıqlamışdı.