Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşüb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.
Görüş mətbuata qapalı formatda keçirilib.