Bakı. Trend:
Bazar günü Tunis Respublikasında növbəti prezident seçkiləri keçiriləcək.
Trend xəbər verir ki, sayları 10 milyona yaxın olan Tunislilər 9000-dən çox seçki məntəqəsində prezident seçkilərində iştirak etmək hüququ olan üç namizəddən birinə səs verə biləcəklər. Ölkə üzrə ümumilikdə 9650 seçki məntəqəsi açılacaq, seçkiləri izləmək üçün 1,5 mindən çox yerli və beynəlxalq müşahidəçi akkreditasiya olunacaq.
Səsvermənin ilkin nəticələrinin oktyabrın 7-də axşam saatlarında elan edilməsi gözlənilir, seçkilərin yekun nəticələri isə apellyasiya şikayətlərinin verilməsi üçün son tarixdən sonra - noyabrın 9-dan gec olmayaraq yekunlaşacaq.
59 ölkədə, onların 11-də tarixdə ilk dəfə olaraq xaricdə 409 seçki məntəqəsi təşkil edilib.