Bakı. Trend:
Türkiyənin 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26 milyard 933 milyon dolları ötüb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin sentyabr ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 20,9 faiz azalaraq, 3 milyard 406 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 36 milyard 349 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.