Bakı. Trend:
ABŞ və Qərb dövlətləri artıq Rusiya Federasiyasının fəal iştirakı ilə hazırlanmış nizamlanma prosesində iştirak etmək bəhanəsi ilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışırlar.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə bildirib.
"ABŞ və bir sıra digər Qərb ölkələri (Azərbaycan və Ermənistan arasında) sülh müqaviləsi üzərində işləmək prosesinə qoşulmağa çalışırlar. Biz hesab edirik ki, bütün kobud işlər Moskvada görülüb və indi qərblilər sadəcə olaraq danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə və regionun özünə qarışmaq istəyirlər", - o deyib.
"Baxmayaraq ki, yumşaq desək, hətta (Ermənistan və Azərbaycan arasında) ikitərəfli danışıqlarda iştirak edənlərin heç də hamısı Qərbin bu rolunu və danışıqlar prosesinə qoşulmaq cəhdlərini alqışlamır.
Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti də birmənalı qarşılanmır", - diplomat əlavə edib.