...

Rusiyada kafe binasında yanğın baş verib

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 08:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mahaçqalada kafenin yerləşdiyi üçmərtəbəli bina yanır.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Daniyalov küçəsində üçmərtəbəli bina yanır. Birinci mərtəbədə kafe var, digər otaqlar boşdur. Yanğın 900 kv.m. ərazini əhatə edib”, - idarənin açıqlamasında bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qonşu binadan 35 nəfəri təxliyə ediblər.

Ölən və yaralananlar olmayıb.

Xəbər lenti

Xəbər lenti