...

İstanbulda narkotikə qarşı əməliyyatlar keçirilib, 79 şübhəli həbs edilib

Dünya xəbərləri Materials 9 Oktyabr 2024 10:10 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda bir həftə ərzində keçirilən narkotik üzrə əməliyyatlarda saxlanılan 128 şübhəlidən 79-u həbs edilib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərilə Mübarizə Şöbəsi əməkdaşları, təxminən 6 ay davam edən texniki və fiziki müşahidədən sonra Esenyurt, Çatalca, Küçükçekmece, Bahçelievler, Bakırköy ve Güngören rayonlarında əməliyyatlar həyata keçirib.

1-7 oktyabr tarixləri arasında keçirilən əməliyyatlarda narkotik istehsalı ilə məşğul olan, onun ticarətini aparan və küçələrdə satan 128 şübhəli saxlanılıb.

Əməliyyatlar zamanı 130 kq kokain, 265 kq sintetik narkotik, 2 milyon 202 min narkotik həbi və narkotik istehsalında istifadə olunan maddələr ələ keçirilib.

Polis idarəsindəki prosedurlardan sonra Respublika Prokurorluğuna təqdim olunan şübhəlilərdən 79-u həbs edilib, 49-u isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti