...

TBND üzrə yük daşımaları əhəmiyyətli dərəcədə artıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2024 17:39 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TBND) (Orta Dəhliz) vasitəsilə 3,4 milyon ton yük daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 70 faiz artım deməkdir.

Trend Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu fikirlər Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin “APM Terminals Poti”-nin baş direktoru Kristian Reder ilə bugünkü görüşü zamanı səsləndirilib.

"Nazir M.Karabayev 9 oktyabrda “APM Terminals Poti”nin icraçı direktoru Kristian Reder ilə görüş keçirib. Görüşün əsas mövzusu yük daşımalarının həcminin artırılması və TBND (Orta Dəhliz) çərçivəsində nəqliyyat infrastrukturunun inkişafı olub", - açıqlamada qeyd olunur.

M.Karabayevin sözlərinə görə, 2024-cü ilin ilk 9 ayında konteyner daşımalarının həcmi 34,6 min TEU-yə çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artım deməkdir. Həm də bu dövrdə Çin istiqamətində tranzit konteynerlərin sayı 20 dəfədən çox artıb.

"Tərəflər Qazaxıstan ilə “APM Terminals” arasında nəqliyyat əlaqələrinin möhkəmlənməsini və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə konteyner daşımalarının artımını təmin edəcək davamlı əməkdaşlığa hazır olduqlarını ifadə ediblər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, "APM Terminals Poti | Poti Dəniz Limanı Korporasiyası" Gürcüstanın Poti şəhərində fəaliyyət göstərir. Gürcüstan TBND-nin iştirakçısıdır. Bu dəhliz 10 ildir inkişaf etdirilir, lakin son 2 ildə ən aktiv dövrünü yaşayır. 2023-cü ildə bu marşrutla 2,7 milyon ton yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti