...

Trampla Harris arasında ikinci debatın olmayacağı təsdiqlənib

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 06:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında ikinci debat baş tutmayacaq.

Trend xəbər verir ki, CNN-in debatla bağlı təklifinin təsdiqlənməsi üçün son tarix artıq ötüb. Kamala Harris debatda iştiraka razılıq versə də, Donald Trampın kampaniyasından müsbət cavab gəlməyib.

CNN debatın oktyabrın 23-də keçirilməsini təklif etmişdi.

Bununla yanaşı, “Fox News” debatın oktyabrın 24-də və ya 27-də keçirilməsi təklifini versə də, təsdiq ala bilməyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti