Bakı. Trend:
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) xaricdəki seçicilər barədə məlumatları emal edib.
Trend bu barədə Gürcüstanın KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, xaricdə yaşayan 95834 nəfər oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərində səs vermək hüququna malikdir.
“Sentyabrın 26-da keçirilən iclasda MSK parlament seçkiləri zamanı xaricdən səsvermə hüququna malik 65508 nəfər üçün 42 ölkədə 60 seçki məntəqəsi yaradıb”, - Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.
Məlumata görə, əlavə 30326 seçici üçün daha 7 məntəqənin açılması planlaşdırılır.
Gürcüstan qanunvericiliyinə görə, xaricdəki seçki məntəqəsi konsulluq qeydiyyatında olan ən azı 50 və ən çoxu 3000 seçici üçün yaradılır.