...

Gürcüstan xalqı ölkənin parlaq gələcəyinin lehinə həlledici seçim etməlidir - Baş nazir

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 12:38 (UTC +04:00)
Gürcüstan xalqı ölkənin parlaq gələcəyinin lehinə həlledici seçim etməlidir - Baş nazir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan xalqı ölkənin parlaq gələcəyi üçün mühüm seçim etməlidir.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri, “Gürcü Arzusu” partiyasının seçki qərargahının rəhbəri İrakli Kobaxidze bildirib.

“Hər bir gürcü üçün Acara və Batumi – hamımızın xüsusi sevgi ilə yanaşdığı bölgə və şəhərdir. Bugün bu bölgə və şəhərin 12 il əvvəlkindən daha çox inkişaf etdiyini görmək məni sevindirir. Acara və Batuminin daha da gözəl və inkişaf etmiş olması üçün əlimizdən gələni edəcəyik. Bunun üçün, ilk növbədə, sülhü qorumaq və ölkəmizin milli maraqlarını ləyaqətlə müdafiə etmək lazımdır”, - Baş nazir Batumidə seçicilər qarşısında çıxış edərkən qeyd edib.

Onun sözlərinə görə, gələcək seçkilər ölkənin taleyi üçün həlledici olacaq.

“Bu, Gürcüstan xalqının müharibəni, yoxsa sülhü seçmək, əxlaqsız təbliğatı dəstəkləmək, yoxsa ənənəvi dəyərləri seçmək, qaranlıq keçmişi yoxsa Gürcüstanın parlaq, Avropa gələcəyini seçmək üçün qərar verməli olduğu həlledici referendumdur. 2012-ci ilədək Gürcüstana xarici agentura, vətəni olmayan avtoritar siyasətçilər tərəfindən rəhbərlik olunub ki, bu da xatirələrimizdə insanları öldürməklə, işgəncə verməklə, reketçilik, televiziya kanallarının ələ keçirilməsi, seçkilərin saxtalaşdırılması, müharibə və Gürcüstanın 20 faiz ərazilərinin itirilməsi ilə qalmışdır. Bu ağır cinayətlərlə yanaşı, rejim iqtisadi nailiyyətləri ilə də seçilmir və 2012-ci ildə “Gürcü Arzusu” onlardan bu ağır mirası aldı”, - İrakli Kobaxidze vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti