Bakı. Trend:
Almaniyanın şimal-Ler şəhərində "Qorxular yolu" attraksionunda baş verən yanğın nəticəsində azı 11 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə yerli polis məlumat verib.
Məlumata əsasən, üç nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə hər il Lerə yarım milyona yaxın qonağı cəlb edən Şərqi Frizya bölgəsindəki ən böyük xalq festivalında baş verib. Yanğın tez bir zamanda söndürülüb. Dəymiş ziyanın səbəbi və miqyası müəyyənləşdirilir.