Bakı. Trend:
ABŞ prezidenti Co Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Spiegel" jurnalı mənbələrinə istinadən bildirib.
Məlumata əsasən, C.Bayden oktyabrın 18-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şolzla danışıqlar aparmaq niyyətindədir.
Bidirilib ki, Almaniya hökuməti və hüquq-mühafizə orqanları səfər zamanı təhlükəsizliyin təmin edilməsi konsepsiyası üzərində işləyir. Nəşrin mənbələrinin qeyd edib ki, C.Baydenin proqramı xeyli azalacaq.