...

Bukmeykerlər Trampın seçkilərdəki şansını 53,7 faiz qiymətləndirir

Dünya xəbərləri Materials 14 Oktyabr 2024 21:00 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Bukmeyker kontorları Respublikaçılar partiyasının namizədi Donald Trampın ABŞ prezidenti seçkilərində qələbə şansını orta hesabla 53,7 faiz qiymətləndirir.

Trend xəbər verir ki, “Election Betting Odds” portalının məlumatına görə, ABŞ-nin vitse-prezidenti Kamala Harrisin qələbə şansı isə orta hesabla 45,7 faizdir.

Buna baxmayaraq, ABC telekanalının “Ipsos” sosiologiya xidməti ilə birgə keçirdiyi son ictimai rəy sorğusunun nəticələrinə görə, Demokratlar partiyasının namizədi Kamala Harris ali dövlət postu uğrunda mübarizədə rəqibi Donald Trampı 2 faiz qabaqlayır. Belə ki, 2,6 mindən çox insanın iştirak etdiyi sorğuda seçicilərin 50 faizi Kamala Harrisi, 48 faizi isə Donald Trampı dəstəkləyib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Respublikaçılar partiyasını ölkənin sabiq prezidenti Donald Tramp, Demokratlar partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti