Daşkənd. Trend:
Özbəkistanda seçki prosesi dinc şəkildə davam edir.
Bu barədə Trend-ə açıqlamasında Pakistan Senatının üzvü Məhəmməd Talha Mahmud deyib.
"Bu gün Özbəkistanda seçki prosesini müşahidə edirəm. Mən Özbəkistan Mərkəzi Seçki Komissiyasını seçki prosesini rahat, dinc və gözəl təşkilatçılıqla keçirdiyinə görə təbrik edirəm", - deyə o bildirib.
Senator qeyd edib ki, özbək xalqı və hökuməti ölkəni firavan gələcəyə aparacaq. O, həmçinin vurğulayıb ki, Özbəkistan hökuməti ölkəni inkişaf etdirməyə və xalqının həyat keyfiyyətini yaxşılaşdırmağa davam edəcək.
Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.
Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.
Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.