Bakı. Trend:
Almaniyada əhalinin böyük əksəriyyəti hazırda hakimiyyətdə olan "İşıqfor" koalisiyasının (SPD, Yaşıllar, FDP) fəaliyyətindən narazıdır.
Trend xəbər verir ki, "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun apardığı sorğu nəticələrinə görə, Xristian Demokratik və Xristian Sosialist Birliklərinin (CDU/CSU) müxalif mühafizəkar bloku isə dəstəyini artıraraq reytinqini 32%-ə çatdırıb.
Sorğuya əsasən, respondentlərin 85%-i Almaniyanın hazırkı hökumətindən narazı olduğunu bildirib. Yalnız 14% hökumətin fəaliyyətinə müsbət qiymət verib. Bu göstəricilərlə koalisiya üzrə yeni bir antirekord qeydə alınıb.