Bakı. Trend:
İsrail ordusu cümə günü, şiə Hizbullah təşkilatının döyüşçüləri tərəfindən Livandan İsrailə doğru 80 raket atıldığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Bəyanatda qeyd edilib ki, İsrail ordusu "İsraili və xalqını Hizbullah terror təşkilatının yaratdığı təhdidlərdən müdafiə etməyə" davam edəcək.