...

Niderland polisi Fələstin tərəfdarı olan 100-dən çox etirazçını saxlayıb

Dünya xəbərləri Materials 11 Noyabr 2024 01:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland polisi, şəhər rəhbərliyinin daha öncə bu cür mitinqlərə qadağa qoymasına baxmayaraq, Amsterdamda keçirilən Fələstin tərəfdarı etiraz aksiyasında 100-dən çox iştirakçını saxlayıb.

Trend xəbər verir ki, bu məlumat Niderland mətbuatında yer alıb.

Amsterdam Polis Departamenti X (əvvəlki Twitter) sosial platformasında "Polis bu gün günorta saatlarında Dam meydanında və onun ətrafında 100-dən çox insanı saxladı" açıqlamasını verib.

Hüquq-mühafizə orqanları, prokurorluğun göstərişi ilə Dam meydanından 340-dan çox insanın uzaqlaşdırıldığını da qeyd edib.

Krallığın paytaxtı Amsterdamın mərkəzindəki Dam meydanında, icazəsiz keçirilən bu nümayişə təxminən 200 fələstin tərəfdarı qatılıb. Polis hadisəyə müdaxilə edərək nümayişçiləri dağıdıb və bir neçə nəfəri saxlayıb.

Xəbər lenti

Xəbər lenti