Bakı. Trend:
İsrail ordusu Qəzza zolağının şimalında "İslami Cihad" qruplaşmasının əməliyyat qərargahının rəhbəri Məhəmməd Əbu Sahili zərərsizləşdirib.
Trend-in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hava zərbələri nəticəsində Əbu Sahil öldürülüb.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirir ki, Əbu Sahil əvvəlcə Qəzza zolağının şimalında yerləşən, Fahed əs-Sabah məktəbinə aid olan binalar kompleksində yerləşən komanda idarəetmə mərkəzində zərərsizləşdirilib.
Əbu Sahil "İslami Cihad" terror təşkilatının mühüm fiquru olub və HƏMAS hərəkatı ilə birlikdə İsrailin mülki və hərbi hədəflərinə qarşı hücumlar və terror aktlarını planlaşdırıb və həyata keçirib.