Bakı. Trend:
Danimarka Ukraynaya 6 ədə "F-16" qırıcısı təhvil verib, Kopenhagen Kiyevə daha 13 təyyarə tədarük etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Danimarkanın baş naziri Mette Freferiksen deyib.
"F-16-larla ilə bağlı planlarımız dəyişməyib. <...> Altı [F-16] artıq çatdırılıb - bu, ilk partiyadır. <...> Sonra başqa bir partiya olacaq, cəmi 19 ədəd [F-16] təşkil edəcək", - deyə o bildirib.
Danimarkanın baş naziri Kiyevə “birbaşa Ukraynanın müdafiə sənayesinə” 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.