Bakı. Trend:
Tbilisidə parlament binası yaxınlığında etirazçılar pirotexniki vasitələrdən istifadə etdikdən sonra Gürcüstan Daxili İşlər Nazirliyinin bir əməkdaşı yanıq xəsarətləri alıb.
Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbər müavini Aleksandr Daraxvelidze deyib.
"Bu gün keçirilən mitinqdə etirazçıların pirotexniki vasitələrdən istifadə etməsi nəticəsində Daxili İşlər Nazirliyinin bir əməkdaşı yanıq xəsarətləri alıb", - deyə o bildirib.
Nazir müavini etirazçıları dinc aksiya keçirməyə çağırıb, əks halda nazirlik aksiyanı dayandırmaq üçün bütün xüsusi vasitələrdən istifadə etməyə məcbur olacaq.