Bakı. Trend:
Rumıniyada keçirilən parlament seçkilərində həm Deputatlar Palatasında, həm də Senatda ən çox səs toplayan Sosial Demokrat Partiyası olub.
Trend-in məlumatına görə, bu barədə Daimi Seçki Administrasiyasının saytında dərc olunan bütün seçki məntəqələrində səslərin hesablanmasının yekun nəticələrində qeyd olunub.
Məlumata əsasən, Deputatlar Palatasında 21,96 faiz səs, Rumınların Birliyi Alyansı 18,01 faiz və Milli Liberal Partiyası 13,2 faiz səs toplayıb. Ondan sonra Rumıniyanın Qurtuluşu İttifaqı (12,4 faiz), SOS Rumıniya (7,36 faiz), Gənc Xalq Partiyası (6,46 faiz) və Rumıniyada Macarların Demokratik İttifaqı (6,34 faiz) gəlir.
Senatda Sosial Demokrat Partiyası 22,3 faiz səs toplayıb, ikinci yeri "Rumınların Birliyi Alyansı" (18,3 faiz), üçüncü yeri Milli Liberal Partiyası (14,28 faiz) tutub.