...

Gürcüstanın Baş naziri prezident seçkilərinin keçirilməsini təsdiq edib

Dünya xəbərləri Materials 4 Dekabr 2024 17:43 (UTC +04:00)
Gürcüstanın Baş naziri prezident seçkilərinin keçirilməsini təsdiq edib
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 14-də ölkədə prezident seçkilərinin keçirilməsini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İ.Kobaxidze deyib.

O bildirib ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar verilib və heç nə dəyişməyib. Konstitusiya ilə səlahiyyət verilmiş bütün orqanlar seçkilərin keçirilməsi üçün səfərbər olunacaqlar.

Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının prezidentliyə namizədi Mixail Kavelaşvilidir.

Onun sözlərinə görə, hazırkı prezident Salome Zurabişvilinin parlament seçkilərinin nəticələrini tanımaması və yeni parlament seçkilərinə qədər öz səlahiyyətlərindən imtina etməyəcəyi barədə bəyanatının heç bir əsası yoxdur.

"Zubabişvilinin səlahiyyət müddəti bitən kimi rezidensiyanı tərk edəcək" - deyə, Baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti