...

G7 onlayn sammit keçirməyi planlaşdırır

Dünya xəbərləri Materials 6 Dekabr 2024 05:32 (UTC +04:00)

Bakı. Trend:

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri gələn həftə onlayn sammit keçirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Danışıqların əsas mövzularının Ukrayna və Yaxın Şərqdəki vəziyyət olacağı gözlənilir. Həmçinin qeyd edilir ki, G7 liderləri Rusiya və KXDR-ə qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını müzakirə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti