...

Qazaxıstan prezidenti BMT-də islahata ehtiyacı olduğunu bildirib

Dünya xəbərləri Materials 7 Dekabr 2024 21:58 (UTC +04:00)
Qazaxıstan prezidenti BMT-də islahata ehtiyacı olduğunu bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Millətlər Təşkilatının (BMT) alternativinin olmadığını, lakin islahata ehtiyacı olduğunu bəyan edib.

Trend xəbər verir ki, Tokayev bu fikirləri Qətərin paytaxtı Dohada keçirilən Doha Forumunda moderatorun suallarını cavablandırarkən bildirib.

O vurğulayıb ki, “BMT universal bir təşkilat kimi bəşəriyyət üçün tamamilə zəruridir. Lakin təəssüf ki, böyük güclər qlobal dünyanı daha təhlükəsiz edə bilmədilər. İndiki reallıqlar isə bir çox ölkələri, o cümlədən Qazaxıstanı çox narahat edir. Ona görə də BMT-də islahatlar aparılmalıdır.”

Tokayev həmçinin qeyd edib ki, böyük dövlətlər arasında körpülərin qurulması vacibdir. Bu körpülərin olmaması BMT Təhlükəsizlik Şurasını çıxılmaz vəziyyətə salıb:

“Qazaxıstan da daxil olmaqla, orta dövlətlər həm regional, həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təşviqində çox mühüm rol oynaya bilər.”

Xəbər lenti

Xəbər lenti