...

Dağıstanda terror aktı planlaşdıran 12 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 7 Dekabr 2024 23:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın hüquq-mühafizə orqanları Dağıstanda irimiqyaslı terror aktı törətməyi planlaşdıran gizli hücrənin 12 üzvünü saxlayıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

FTX-nin Dağıstan Respublikası üzrə idarəsi və Dağıstanın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Rusiyada fəaliyyəti qadağan edilmiş terror təşkilatına məxsus gizli hücrə zərərsizləşdirilib.

Əməliyyatın təfərrüatları hələlik açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti