Bakı. Trend:
ABŞ Prezidenti Cozef Bayden Suriyada baş verən hadisələri diqqətlə izləyir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett özünün “X” hesabında bildirib.
“Prezident Bayden və komandası Suriyada baş verən fövqəladə hadisələri yaxından izləyir və regiondakı tərəfdaşları ilə daim əlaqə saxlayır”, – Savett qeyd edib.
Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, ölkənin Baş naziri hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.