...

İranda avtobus aşıb - Ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 11 Dekabr 2024 11:22 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında İranın qərbində yerləşən Kürdüstan vilayətində Bicar-Divandərə magistral yolunda sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, bunu İranın Kürdüstan vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Payam Cəlali yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunan təcili yardım maşınları ilə xəsarət alanlar dərhal tibb mərkəzlərinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti