...

Kanadada 2023-cü ildə 15 300 nəfər evtanaziya xidmətindən istifadə edib

Dünya xəbərləri Materials 13 Dekabr 2024 06:38 (UTC +04:00)
Kanadada 2023-cü ildə 15 300 nəfər evtanaziya xidmətindən istifadə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Kanadada 15 300 nəfər sağalmaz xəstəlikdən əziyyət çəkən insanların həyatına son qoyulması məqsədilə evtanaziya xidmətindən istifadə edib ki, bu da ölkədəki ölümlərin 4,7%-ni təşkil edir.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin hesabatında bildirilir. Hesabata əsasən, evtanaziyaya müraciət edənlərin demək olar ki, hamısının (96%) təbii yolla öləcəyi proqnozlaşdırılıb. Qalan 4% isə uzunmüddətli xroniki xəstəlik səbəbiylə ölümünə kömək məqsədilə tibbi yardımdan istifadə edib, lakin onların təbii ölümü qaçılmaz olmayıb.

Evtanaziyadan istifadə edənlərin orta yaşı 77 olub, ən çox rast gəlinən xəstəlik isə xərçəng olub. Evtanaziya xidmətindən istifadə edənlərin təxminən 96%-i Kanada əhalisinin 70%-ni təşkil edən ağdərililərdir. Bu qeyri-bərabərliyin səbəbləri isə məlum deyil.

Xatırladaq ki, Kanada 2016-cı ildə evtanaziyanı qanuniləşdirib və o vaxtdan bəri bu xidmət getdikcə populyarlaşır.

Xəbər lenti

Xəbər lenti