...

Kolumbiya aviasiyası ABŞ-dən deportasiya edilən vətəndaşları vətənə gətirəcək

Dünya xəbərləri Materials 28 Yanvar 2025 02:51 (UTC +04:00)
Kolumbiya aviasiyası ABŞ-dən deportasiya edilən vətəndaşları vətənə gətirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiya aviasiyası ABŞ tərəfindən deportasiya edilən vətəndaşlarını vətənlərinə çatdıracaq.

Trend-in məlumatına görə, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro bazar ertəsi açıqlama verib.

“Soydaşlarımız səhər saatlarında Kolumbiyaya gələcəklər. Onları bizim aviasiyamız gətirəcək və onlar qandalsız gələcəklər”, - deyə Petro X sosial platformasında bildirib. O vurğulayıb ki, “bu yanaşma - deportasiya edilənlərin ləyaqətinə hörmət - Kolumbiya vətəndaşlarını deportasiya edən bütün ölkələrə şamil ediləcək.”

Xatırladaq ki, yanvarın 26-da Prezident Petro, ABŞ-dən deportasiya edilən kolumbiyalıları daşıyan Amerika təyyarələrinin ölkə ərazisinə enməsinə qadağa qoyulmasını əmr etmişdi. Bunun cavabında ABŞ keçmiş prezidenti Donald Tramp Kolumbiyadan idxal edilən mal və xidmətlərə 25 faiz rüsum tətbiq edəcəyi ilə hədələmişdi. Kolumbiya rəhbərliyi isə cavab olaraq əlavə rüsumların tətbiqinə göstəriş verib.

Xəbər lenti

Xəbər lenti