...

Kerç boğazında ölən delfinlərin sayı 84-ə çatıb

Dünya xəbərləri Materials 8 Fevral 2025 07:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısından sonra ölən delfinlərin sayı 84-ə çatıb.

Trend xəbər verir ki, bu barədə “Delfa” Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəzi məlumat verib.

“Son məlumatlara görə, dekabrın 15-dən sonra 84 delfinin ölümü qeydə alınıb”, – Beley bildirib.

Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölü delfinlərin sayı azalıb.

“Hələlik gələcəkdə nə qədər delfinin öləcəyini proqnozlaşdıra bilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdə toplanan toksikantlar immuniteti əhəmiyyətli dərəcədə azalda və müxtəlif xəstəliklərə yol aça bilər”, – Beley əlavə edib.

Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinin tapıldığı bildirilirdi.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında mazut daşıyan "Volqaneft 212" və “Volqaneft 239” tankerləri qəzaya uğrayıb. Heyət üzvlərindən biri ölüb, digərləri təxliyə edilib. Qəza sonucunda dənizə təxminən 2,4 min ton mazut axıb.

Xəbər lenti

Xəbər lenti