Bakı. Trend:
Baltikyanı ölkələr bu gündən etibarən öz elektrik şəbəkələrini BRELL (Belarus, Rusiya, Estoniya, Latviya, Litvanı) enerji sistemindən çıxarıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, sistemi bu ölkələrin elektrik şəbəkəsi ilə birləşdirən Litva və Rusiya (Kalininqrad vilayəti) arasında keçən elektrik ötürücü xətləri keçirilib.
Ardınca isə Litva ilə Belarus və Latviya ilə Rusiya arasındakı xətlər bağlanıb. Ən sonda isə Estoniya ilə Rusiyanın enerji şəbəkələrini birləşdirən yüksək gərginlikli xətlər söndürülüb.
Məlumatda o da qeyd olunur ki, Baltikyanı ölkələrin elektrik şəbəkələrinin ayrılması istehlakçılara təsir etməyib və onların enerji sistemləri sabit şəkildə işləyir.
Şənbə və bazar gününün birinci yarısı ərzində Estoniya, Latviya və Litvanın elektrik şəbəkəsi operatorları "Elering", AST və "Litgrid" Qərb və Şərq arasında enerji "adası" rejimində işləmə sınaqları keçirəcəklər. Bu dövrdə elektrik enerjisinə olan tələbat yerli elektrik stansiyalarının istehsal etdiyi, həmçinin, Estoniya–Finlandiya və Litva–İsveç elektrik ötürücü xətləri vasitəsilə əldə olunan elektrik enerjisi hesabına ödəniləcək.
Bazar günü günorta saatlarından sonra Baltikyanı ölkələrin enerji sistemləri Avropanın elektrik təchizat sisteminə inteqrasiya oluancaq.