Bakı. Trend:
Çin hökumətinin nümayəndələri ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə gözlənilən zirvə görüşünün Çində keçirilməsini Ağ Evə təklif edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Pekin və Vaşinqtondan olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sammit haqda təklifi çinli məmurlar son həftələrdə beynəlxalq vasitəçilərin vasitəsilə irəli sürüb.