...

Yunanıstanda daha bir adada fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 15 Fevral 2025 17:17 (UTC +04:00)
Yunanıstanda daha bir adada fövqəladə vəziyyət elan edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son həftələrdə Egey dənizində intensivləşən seysmik aktivlik səbəbindən Santorini adasından sonra Yunanıstanın Niyoz adasında da fövqəladə vəziyyət elan edilib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Yunanıstan Mülki Müdafiə üzrə baş katibi Vasilis Papayeorgiunun qərarı ilə Niyoz adası da fövqəladə vəziyyət elan edilən bölgələr sırasına daxil edilib. Adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.

Xatırladaq ki, Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti