...

Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 24 Fevral 2025 08:27 (UTC +04:00)

Bakı. Trend:

Avstraliya Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiyalar paketi tətbiq edir.

Trend-in məlumatına görə, bu barədə Litvanın xarici işlər naziri Penni Vonq deyib.

"Avstraliya hökuməti 70 Rusiya vətəndaşına qarşı sanksiya və 79 Rusiya müəssisəsinə maliyyə məhdudiyyətləri tətbiq edib", - deyə o bildirib.

Nazir qeyd edib ki, yeni sanksiyalar paketi "Avstraliyanın 2022-ci ilin fevralından bəri tətbiq etdiyi ən əhəmiyyətli sanksiyalardır"

Nazir həmçinin bildirib ki, Avstraliya hakimiyyətinin fikrincə, Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığın dərinləşdirilməsində iştirak edən müəssisə və şəxslərə qarşı əlavə məhdudiyyətlər tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti