Bakı. Trend:
Kiyev və Vaşinqton danışıqlar qruplarının işini bərpa edib, Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü gələn həftə baş tuta bilər.
Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Ukrayna və Amerika komandaları fəaliyyəti yenidən bərpa ediblər və biz gələn həftə mənalı görüş keçirəcəyimizə ümid edirik", - deyə V.Zelenski bildirib.
Ötən gün ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirmişdi ki, Vaşinqton tərəflərin yeni görüşünün yeri, tarixi və danışıqlar qrupunun tərkibi ilə bağlı Kiyev hakimiyyəti ilə dialoq aparır. Lakin o, konkret tarixlər açıqlamayıb.