Bakı. Trend:
Rusiyanın Leninqrad vilayəti ərazisində Mi-28 hərbi helikopteri qəzaya uğrayıb.
Trend TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib.
“18 mart 2025-ci il tarixində Leninqrad vilayəti üzərində planlı təlim-tədris uçuşu zamanı Mi-28 helikopteri qəzaya uğrayıb. O, yaşayış məntəqələrindən uzaqda, insansız ərazidə yerə çırpılıb. Ekipaj həlak olub”, - deyə Nazirlikdən bildirilib.
Qeyd edilib ki, helikopter döyüş yükü olmadan uçuş həyata keçirirdi.