...

Cenevrə sammitində Kipr probleminin həllinə doğru mühüm addım atılıb

Dünya xəbərləri Materials 19 Mart 2025 03:16 (UTC +04:00)
Cenevrə sammitində Kipr probleminin həllinə doğru mühüm addım atılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cenevrədə keçirilən ikigünlük sammitin iştirakçıları Kipr adasında hər iki istiqamətdə - cənubdan şimala və şimaldan cənuba keçid üçün dörd nəzarət-buraxılış məntəqəsinin (NBM) açılması barədə razılığa gəliblər.

Trend Türkiyə mediasına istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterreş görüşün yekunlarına dair açıqlamasında bildirib ki, Kipr türklərinin lideri Ersin Tatar və Cənubi Kiprin Prezidenti Nikos Xristodulidis qarşılıqlı etimadı artırmaq məqsədilə bir sıra təşəbbüslər üzərində razılığa gəliblər.

Bu təşəbbüslərə dörd NBM-in açılması, bufer zonanın minalardan təmizlənməsi, gənclər, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə bağlı layihələr, həmçinin qəbiristanlıqların bərpası üzrə texniki komitənin yaradılması daxildir.

Quterreş əlavə edib ki, iyul ayında Kipr məsələsinə dair yeni görüş planlaşdırılır və o, növbəti addımları hazırlamaq üçün xüsusi nümayəndə təyin edəcək.

Xəbər lenti

Xəbər lenti