...

ABŞ Sosial Təminat Xidməti 120 yaşdan yuxarı milyonlarla şəxsin qeydə alındığını aşkarlayıb

Dünya xəbərləri Materials 19 Mart 2025 05:33 (UTC +04:00)
ABŞ Sosial Təminat Xidməti 120 yaşdan yuxarı milyonlarla şəxsin qeydə alındığını aşkarlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Sosial Təminat Xidməti (SSA) reyestrində yaşı 120-369 arasında olan milyonlarla amerikalının məlumatlarını aşkar etdikdən sonra bazasını yeniləməyə qərar verib.

Trend xəbər verir ki, bu barədə sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.

"Son iki həftə ərzində ABŞ Sosial Təminat Xidməti öz qeydlərində kütləvi təmizləmə aparmağa başlayıb. Yaşı 120-dən yuxarı olan təxminən 3.2 milyon sosial müdafiə nömrəsinin sahibi hazırda "ölənlər" siyahısına daxil edilib. Hələ görüləsi çox iş var", – deyə DOGE-nin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti