Bakı. Trend:
İranda ilaxır çərşənbə günündə 13 nəfər ölüb, 4 729 nəfər isə xəsarət alıb.
Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, xəsarət alanlardan 170-nin bədən üzvü amputasiya olunub, 1 344 nəfər göz nahiyəsindən xəsarət alıb, 1 191 nəfər də müxtəlif dərəcəli yanıq xəsarəti qeydə alınıb.
Miadfər əlavə edib ki, ümumilikdə 28 gün ərzində ölkədə Novruz bayramı şənliklərinə hazırlıq və çərşənbə günlərində 19 nəfər ölüb, 5 568 nəfər isə xəsarət alıb.
xxx
09:21
Ötən gün İranda ilaxır çərşənbə günündə 9 nəfər ölüb, 2 466 nəfər isə xəsarət alıb.
Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, 115 nəfərin bədən üzvü amputasiya olunub, 720 nəfər göz nahiyəsindən xəsarət alıb, 700 nəfərdə müxtəlif dərəcəli yanıq xəsarətləri qeydə alınıb.
Miadfər əlavə edib ki, ən çox hadisə Tehran, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərində qeydə alınıb.
O qeyd edib ki, ümumilikdə ötən 28 gün ərzində İranda Novruz bayramı şənliklərinə hazırlıq və çərşənbə günləri ilə əlaqədar 15 nəfər ölüb, 3 276 nəfər xəsarət alıb.
Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar çərşənbələrdə tonqalların qalanmasında təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmur və kustar üsulla pirotexniki vasitələr hazırlanır və istifadə edilir.