...

Braziliya Prezidenti Lula da Silva may ayında Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 24 Mart 2025 01:54 (UTC +04:00)
Braziliya Prezidenti Lula da Silva may ayında Rusiyaya səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva may ayında Rusiyaya səfər etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının liderinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selso Amorim məlumat verib.

"Prezident Lula da Silva may ayında Rusiyaya gedəcək və orada Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək", – deyə Amorim Braziliyanın "Folha de S. Paulo" qəzetinə müsahibəsində bildirib.

Braziliya liderinin köməkçisi əlavə edib ki, Lula da Silva Rusiyaya səfərini başa vurduqdan sonra Çin Prezidenti Si Cinpinlə görüşmək üçün Çinə gedəcək.

"Bu, Braziliyanın heç kimə tabe olmadığını açıq şəkildə nümayiş etdirəcək", – o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti