...

Obamanın boşanması ilə bağlı xəbərə rəsmi aydınlıq gəldi

Dünya xəbərləri Materials 11 Aprel 2025 01:57 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika birləşmiş ştatlarının keçmiş birinci xanımı Mişel Obama onun həyat yoldaşı sabiq Ağ Ev rəhbəri Barak Obamadan ayrılması ilə bağlı KİV-də yayılan şayiələrə aydınlıq gətirib. Obama bu cür yazıların onda sadəcə təəcüb doğurduğunu bildirib.

Trend xəbər verir ki, bu məsələyə o qonağı olduğu “Work in Progress” podkastında toxunub.

Keçmiş birinci xanım bildirib ki, birinci xanım olduğu dövrdə və sonrakı illərdə ictimai fəaliyyətlə məşğul olduğu üçün özünə vaxt ayırmağa zaman qalmırdı. Bundan əlavə, əvvəllər hansısa tədbiri buraxmaq istəyəndə, azyaşlı övladlarına qulluq etməyə ehtiyac olduğunu əsas gətirə bilirdi. İndi isə hər iki qızı böyüyüb və valideynlərindən ayrı yaşayır. Mişel Obama artıq özü sərbəst qərarlar qəbul edə bildiyini söyləyib.

“...insanlar təsəvvürlərinə belə gətirmirlər ki, mən müstəqil qərarlar verə bilərəm. Ona görə, ağıllarına gələn bu olub ki, guya mən ərimdən boşanmışam”, - deyə Obama bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti