...

Tramp tez bir zamanda çox sayda normativ aktı ləğv etməyə hazırlaşır

Dünya xəbərləri Materials 15 Aprel 2025 17:57 (UTC +04:00)
Tramp tez bir zamanda çox sayda normativ aktı ləğv etməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatların prezidenti Donald Tramp biznes və dövlət qurumlarının fəaliyyətini tənzimləyən çox sayda federal normativ aktları və qaydaları qısa bir zamanda ləğv etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Ağ Evdən olan mənbələrə istinadən yazır.

Məlumata görə, Tramp administrasiyası tərəfindən iqtisadi inkişafın qarşısını alan maneə kimi qiymətləndirilən geniş normativ baza birdəfəlik və geridönməz şəkildə məhv edilə bilər.

Trampın komandasının hüquqi strategiyası ABŞ Ali Məhkəməsinin bir sıra qərarlarına əsaslanacaq.

Qeyd edilir ki, ABŞ hüququnun müxtəlif sahələrini əhatə edən - aviasiya təhlükəsizliyindən tutmuş quş ətinin emalına qədər - təxminən 400-dək normativ akt ləğv edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti