Bakı. Trend:
Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan bəyanatları rədd edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.
“1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa zidd olan bəyanatları tamamilə rədd edirik.
Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesini dəstəkləməyə yenidən çağırış edirik”, - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. O qeyd edib ki, 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.
Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.