Bakı. Trend:
İran İsrail üçün ciddi təhlükə yaratmaqda davam edir.
Trend-in məlumatına görə, bu barədə İsrail baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
"İran İsrail dövləti üçün ciddi təhlükə olaraq qalır", - deyə baş nazir bildirib. Onun sözlərinə görə, İsrail İran təhlükəsi ilə bağlı "fəaliyyətini daim ABŞ-la əlaqələndirir".
Netanyahu həmçinin ümid etdiyini bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə və uranı zənginləşdirməyə imkan verməyəcək razılığa gələ biləcək.
Eyni zamanda, baş nazirin sözlərinə görə, “İsrail özünümüdafiə hüququnu özündə saxlayır”.